17.05.2023

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının ilkin mərhələsinin nəticələrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 210 şagird yarımfinal turuna vəsiqə qazanıb.

 

Şagirdlərimizi təbrik edir, növbəti turda uğurlar arzulayırıq.