17.05.2023

"Şahin" hərbi-idman oyununun zona birinciliyində komandamız uğur qazanıb

Qubadlı rayon Q. Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbin komandası "Şahin" hərbi-idman oyununun zona birinciliyində III yer tutduğuna görə təltif edilib.

 

Qeyd edək ki, yarışın təşkilində məqsəd şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasıdır.

 

Komandamızı təbrik edir, uğurlar arzulayırıq.