Ümumi təhsil müəssisələrinin IV siniflərində keçiriləcək monitorinqlə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsində dəyirmi masa keçirilib.
Görüşdə regional təhsil idarəsinin, sektorların əməkdaşları, imtahan koordinatorları, imtahan rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, monitorinq iyunun 10-da saat 10:00-da ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində təşkil ediləcək.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.