Yaponiya Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə "Yaponiya - Azərbaycan dostluğu" səfir kuboku keçirilib.
Yarışda Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin V sinif şagirdi Məmmədli Coşqun Sevlan oğlu 38 kq çəki dərəcəsində III yer tutaraq bürünc medala layiq görülüb.
Şagirdimizi təbrik edir, gələcək təhsil və idman həyatında uğurlar arzulayırıq.