Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib.
Yarışda hər komandada 8 nəfər olmaqla 28 nəfər şagird iştirak edib. Bilik yarışının keçirilməsində məqsəd tədris ili ərzində şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi və qiymətləndirilməsindən ibarət olub.
Yarışın sonunda qalib komanda və fəal iştirakçılar mükafatlandırılıb.