31.05.2023

Sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi mövzusunda tədbirlər keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi mövzusunda tədbirlər keçirilib.

 

Tədbirlərdə ümumi təhsil müəssisələrinin şagirdləri, müəllimləri iştirak ediblər. Tədbirlərdə müasir texnologiyalardan və media mənbələrindən yararlanaraq şagirdlər sağlam həyat tərzi ilə bağlı maarifləndirilib, sağlam qidalanmaq, fiziki aktiv olmaq, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etmək çağırışları səsləndirilib.