İyunun 1-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri və məktəbəhazırlıq qruplarında "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib.
Tədbirdə İdarənin rayonlar üzrə sektor müdirləri və digər əməkdaşlar, eləcə də bir sıra rəsmi qonaqlar iştirak edib. Tədbirdə uşaqların maraq dairələrinə uyğun bir sıra fəaliyyətlər keçirilib və eləcə də müəllim və şagirdlər tərəfindən hazırlanmış əl işləri nümayiş etdirilib.