Kəlbəcər rayon 21 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyev ili çərçivəsində tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Cəmilə Mirzəyeva, Kəlbəcər rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ulu öndərin həyat və fəaliyyətindən bəhs ediblər. Daha sonra tədbir bilik yarışı, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.