16.06.2023

2022-2023-cü tədris ilində buraxılış siniflərini bitirənlərin statistikası açıqlanıb

2022-2023-cü tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 5533 nəfər (Kəlbəcər - 1551, Laçın - 1358, Qubadlı - 1076, Cəbrayıl - 898, Zəngilan - 650 nəfər), XI siniflərini 4025 nəfər (Kəlbəcər - 1261, Laçın - 1015, Qubadlı - 711, Cəbrayıl - 624, Zəngilan - 414 nəfər) şagird bitirir. IX sinfi bitirənlərdən 3100 nəfəri oğlan, 2433 nəfəri qız, XI sinfi bitirənlərdən 2192 nəfəri oğlan, 1833 nəfəri qızdır.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 4288 şagird birinci sinfi bitirib və 2839 uşaq məktəbəhazırlıq qruplarında təhsil alıb.