Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 20-24 iyun tarixlərində keçiriləcək.
Sertifikatlaşdırılmanın test imtahanı mərhələsi elektron qaydada proqram təminatı tətbiq edilməklə həyata keçiriləcək. Təhsilverənlər imtahan başa çatdıqdan sonra nəticələrlə, eyni zamanda səhv və düzgün cavablandırdıqları suallarla tanış ola bilərlər.
Son dövrlər sosial şəbəkələrdə müəllimlərin yüksək nəticə əldə etməsi üçün onlara maddi və digər nemət müqabilində müxtəlif vədlərin verilməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, vətəndaşlara təlim, təhsil xidmətləri göstərən şirkət və ya kurs, həmçinin hər hansı şəxs tərəfindən verilən vəd sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır.
Belə hallarla qarşılaşan vətəndaşlardan Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin "Qaynar xətti"nə (077 344 66 65) zəng və ya elektron poçt ünvanına (sherqi.zengezur.rti@mail.ru) müraciət etmələri xahiş olunur.