Təhsil Tələbə Krediti Fondu tərəfindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin, müəllimlərin və valideynlərin maarifləndirilməsi istiqamətində görüş keçirilib.
Görüş Qubadlı rayon M. Əliyev adına Hal kənd tam orta məktəbində təşkil olunub. Görüşün təşkilində məqsəd şagirdləri fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub. Görüşdə fondun əməkdaşı tərəfindən Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti, təhsil tələbə kreditlərinin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirilib.
Sonda görüş iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.