07.06.2023

"Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib

Heydər Əliyev ili çərçivəsində Kəlbəcər rayonu üzrə təhsil sektoru və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər. 

 

Tədbirin sonunda bir qrup fəal müəllim fəxri fərmanla təltif olunub.