İyunun 8-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 4-cü siniflərində təşkil olunacaq monitorinqlə bağlı görüş keçirilib. Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, təhsil sektorlarının rəhbərləri və əməkdaşları, imtahan mərkəzlərinin rəhbərləri iştirak ediblər. Görüşdə çıxış edən təhsil idarəsinin müdiri Fuad Bədəlov monitorinqin məqsədi, məzmunu, təşkili qaydalarından danışıb, imtahanın daha effektiv təşkili üçün yekun təlimatları verib. Sonda monitorinqlə bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, monitorinqdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV siniflərində təhsilalan 4889 nəfər şagirdin iştirakı nəzərdə tutulub.