İyun ayının 17-də saat 10:00-da “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə məlumat imtahanda iştirak hüququ yaranmış şəxslərin mobil əlaqə nömrələrinə göndəriləcək. İmtahan Zəngilan rayon 20 nömrəli tam orta məktəbdə (Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 2) keçiriləcək.
Qeyd edək ki, müsabiqədə iştirak üçün 114 nəfər namizəd müraciət etmişdir ki, onlardan 101 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.
Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkar etmək, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.