İyunun 10-da Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təşkil edilmiş mərkəzlərdə 3710 nəfər IV sinif şagirdi iştirak edib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, həmçinin onların sinifdən sinfə keçmələrinə təsir göstərmir. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik, bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.