13.06.2023

Şagirdlərimiz Respublika fənn müsabiqəsinin final mərhələsində uğur qazanıb

Şagirdlərimiz Respublika fənn müsabiqəsinin final mərhələsində uğur qazanaraq medallarla təltif olunublar.

 

Fənn müsabiqəsində Cəbrayıl rayon X. Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin VII sinif şagirdi Jalə Quliyeva kimya fənni üzrə gümüş medal, Zəngilan rayon 29 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əli Nəsirli fizika fənni üzrə gümüş medal və Zəngilan rayon 20 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nurxan Şıxəli kimya fənni üzrə bürünc medala layiq görülüb.

 

Şagirdlərimizi bu münasibətlə təbrik edir və onlara uğurlar arzu edirik.