13.06.2023

Şagirdlərimiz TIMSS 2023 və ICILS 2023-ün əsas mərhələsində iştirak ediblər

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV və VIII sinif şagirdləri riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı - TIMSS 2023-ün, həmçinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı - ICILS 2023-ün əsas mərhələsində iştirak ediblər.

 

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılan tədqiqatlarda 245 şagirdimiz iştirak edib.

 

Qeyd edək ki, tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır.