14.06.2023

Ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib

İyunun 14-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər və Zəngilan rayonları üzrə ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib. 

 

Tədbrilərdə Regional İdarənin müdiri, rayonlar üzrə sektor müdirləri və digər əməkdaşlar iştirak edib. Bu əlamətdar gün ilk şagirdlərini məzun edən Zəngilanın Ağalı kənd tam orta məktəbində xüsusi bir sevinc və həyəcanla qeyd olunub.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi olaraq bütün məzunları, onların müəllimlərini, valideynlərini unudulmaz gün olan "Son zəng" günü münasibətilə təbrik edir, sağlam, xoşbəxt həyat, uğurlarla dolu gələcək arzulayırıq.