09.05.2023

"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Laçın rayon 21 nömrəli tam orta məktəbdə "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı tədbir keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Laçın rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, şəhid ailələri və qazilər, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir çərçivəsində rayonun ümumi təhsil müəssisələri arasında "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda keçirilən inşa yazı, rəsm və dekorativ-əl işləri nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.