08.05.2023

"Heydər Əliyev 100" adlı tədbir keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir.

 

6 may 2023-cü il tarixdə Zəngilan rayon 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev 100" adlı tədbir keçirilib.

 

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatının sədri Natiq Quluzadə, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir çərçivəsində ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən ilhamlanaraq şagirdlər tərəfindən hazırlanmış müxtəlif rəsm əsərləri və dekorativ-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub, səhnəciklər nümayiş edilib, rəqs nümunələri göstərilib.