08.05.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Q. İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

 

Tədbirdə regional təhsil idarəsinin əməkdaşları, müəllim və şagird kollektivi iştirak edib.

 

Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyatından, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən bəhs ediblər.

 

Daha sonra şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eyni zamanda şagirdlərin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi təşkil edilib.