08.05.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bir qrup müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzində olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Cəbrayıl rayon K. Məmmədov adına Böyük Mərcanlı kənd və Q. İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəblərin bir qrup müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzində olublar.

 

Şagirdlər mərkəzdə ulu öndər Heydər Əliyevin həyat yolu haqqındakı maraqlı faktlarla foto və videomateriallar vasitəsilə tanış olublar. Həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.