08.05.2023

"Heydər Əliyev zəfərə gedən yolun başlanğıcı" mövzusunda tədbir keçirilib

4 may 2023-cü il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Laçın rayon İ. Quliyev adına Fingə kənd tam orta məktəbində "Heydər Əliyev zəfərə gedən yolun başlanğıcı" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatından, ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən bəhs ediblər.

 

Daha sonra tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.