02.05.2023

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

Zəngilan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 4 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

 

Yarışda Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin müxtəlif yaş qruplarından olan şagirdləri iştirak ediblər.

 

Yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar.