Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilən monitorinqlər yekunlaşıb və nəticələrinə dair müzakirələrə başlanılıb.
01 may 2023-cü il tarixdə monitorinqə cəlb olunan Qubadlı rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənn müəllimlərinin iştirakı ilə nəticələrin təhlilinə dair görüş keçirilib.
Monitorinq zamanı təhsilalanlara tədris dili üzrə 20, riyaziyyat fənni üzrə 20 və ingilis dili fənni üzrə isə 15 sual təqdim olunub.
Monitorinqin təşkilində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarət olub.