Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Qeyd edək ki, VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak ediblər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib.