02.05.2023

"Birgə öyrənək" layihəsi çərçivəsində məktəblər arasında əməkdaşlıq

Əməkdaşlıq çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti onlayn formada ortaqlı dərs Zəngilan rayon Ağalı kənd tam orta məktəbi ilə Cəbrayıl rayon N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında təşkil olunub. Dərs "Ana dilimiz və ulu öndər Heydər Əliyev" mövzusuna həsr edilib.

 

Dərs Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən izlənilib.