26.04.2023

“Şahin” hərbi-idman oyununun Qubadlı rayon birinciliyi keçirilib

Q. İlyasov adına Qubadlı Şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

 

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Yarışda I yerə Yuxarı Mollu kənd tam orta məktəbin komandası, II yerə Aşağı Mollu kənd tam orta məktəbin komandası, III yerə isə Xanlıq kənd 1 nömrəli və Muradxanlı kənd tam orta məktəblərinin komandaları layiq görülüblər.

 

Qeyd edək ki, yarışın təşkilində məqsəd şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasıdır.