26.04.2023

"Heydər Əliyev ili"nə həsr olunmuş "Gənc xilasedici və yanğınsöndürən" X ümumrespublika yarışlarının zona birinciliyini keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi "Heydər Əliyev ili"nə həsr olunmuş "Gənc xilasedici və yanğınsöndürən" X ümumrespublika yarışlarının zona birinciliyini keçirib.

 

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

 

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin komandası I yerə layiq görülərək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

 

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin komandasını təbrik edir, respublika birinciliyində uğurlar arzulayırıq.