"Heydər Əliyev ili" çərçivəsində Cəbrayıl rayonunun Biləsuvarda yerləşən ümumi təhsil müəssisələri arasında "Heydər Əliyev 100" adlı bilik yarışı keçirilib.
Yarışda ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, irsinin yaşadılması və şagirdlər arasında təbliği, eyni zamanda gənclərin maarifləndirici yarışlara marağının artırılmasıdır.
Bilik yarışının sonunda qalib komandalar kubok və fəxri fərmanlarla təltif olunublar.