15 aprel tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 151-500 nəfər olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
İmtahanda Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl rayonları üzrə 68 nəfər namizəd iştirak edib.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib. Test imtahanı nəticələri təhlil edildikdən sonra keçid balı müəyyənləşdiriləcək.
İmtahan uğurla yekunlaşıb. Namizədlərin hər birinə müvəffəqiyyətlər arzulayırıq.