13.04.2023

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

15 aprel 2023-cü il tarixində saat 11:00-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 151-500 nəfər olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə namizədlərin mobil telefonlarına sms vasitəsilə bildiriş göndərilib.

 

İmtahan Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2 yaşayış kompleksində yerləşən Zəngilan rayon 20 nömrəli tam orta məktəbin inzibati binasında baş tutacaq.

 

İmtahan müddəti 80 dəqiqədir. Namizədin imtahana 10:00-dan gec olmayaraq gəlməsi və şəxsiyyət vəsiqəsini təqdim etməsi mütləqdir.

 

Qeyd edək ki, test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Test imtahanı nəticələri təhlil edildikdən sonra keçid balı müyyənləşdiriləcək.

 

İmtahanda iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

 


Açar sözlər: ,