06.04.2023

“Dahilər dahisi çağrılır adın” adlı tədbir keçirilib

Laçın rayon 23 nömrəli tam orta məktəb “Heydər Əliyev İli” çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Dahilər dahisi çağrılır adın” adlı tədbir keçirib.

 

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində və hüdudlarından kənarda hər bir azərbaycanlının dərin ehtiram və minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu vurğulayıblar. Həmçinin ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat veriblər.

 

Daha sonar tədbir Laçın rayon 23 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.

 

Sonda şagirdlər mərkəzdəki dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.


Açar sözlər: ,  ,  ,