03.04.2023

Ağalıda “Uşaqlar və pullar” virtual kursu üzrə imtahan təşkil edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində “Uşaqlar və pullar” virtual kursu üzrə imtahan təşkil edilib.

 

Kursun təşkilində əsas məqsəd maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin maliyyə savadlılığı səviyyəsinin artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarlar vermək vərdişlərinin yaradılması və inkişaf etdirilməsidir.