28.03.2023

Direktorlarla görüş keçirilib

Kəlbəcər rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

 

2022-2023-cü tədris ilində görülən işlərə həsr olunan görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri, əməkdaşları, Kəlbəcər rayonu üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

 

Görüşdə sertifikatlaşdırma, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə şagird davamiyyəti, şagird davranış qaydaları və digər cari məsələlər müzakirə olunub.

 

Daha sonra məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.

 


Açar sözlər: ,