28.03.2023

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Gəncədə vətəndaşları qəbul edib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Gəncə şəhərində Kəlbəcər rayonunun sakinlərini qəbul edib.

 

Qəbulda vətəndaşlar, əsasən, işə qəbul, yerdəyişmə, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

İdarə müdiri hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

 


Açar sözlər: