Aprelin 16-da Təhsil İnstitutu tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil ediləcək.
Müsabiqədə iştirak üçün qeydiyyat ttm.edu.az saytı vasitəsilə aparılır. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. Qeydiyyat prosesi aprelin 10-dək davam edəcək. Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Müsabiqə barədə daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: http://bit.ly/3LnwSkF