29.03.2023

Heydər Əliyev ilinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Qubadlı rayonu üzrə ümumi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada təhsil sektorunun əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Qeyd edək ki, baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.