19.01.2023

Ağalı kənd tam orta məktəbində kiçik summativ qiymətləndirmələrin rəqəmsal formada keçirilməsinə başlanılıb

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində kiçik summativ qiymətləndirmələrin rəqəmsal formada keçirilməsinə başlanılıb.

Qeyd edək ki, ilk olaraq V sinifdə ingilis dili, IX sinifdə isə fizika fənnindən kiçik summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib.

Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsinin məqsədi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideynlərə şagirdin nailiyyətini izləmə imkanlarının yaradılması, ümumi təhsil müəssisələrində kağız israfının qarşısını almaqdır.

 


Açar sözlər: ,  ,