Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib olan Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şirinova Nofəlin "Məktəbli Ekokönüllü" layihəsi davam edir.
Layihə çərçivəsində Bakı şəhər 216 və 185 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüş keçirilib. Görüşdə layihə rəhbəri şagirdlərə ətraflı məlumat verərək onları ekoloji mühitin mühafizəsində fəal olmağa çağırıb.
Daha sonra şagirdlərə çeşidləmə qutularından istifadə qaydaları izah olunub, məktəblilərə tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırıcı bukletlər və interaktiv təlim materialları paylanılıb.
Qeyd edək ki, "Məktəbli Ekokönüllü" layihəsi 5 ay davam edəcək və məktəblilərə həm könüllülük, həm də ekoloji problemlərin aradan qaldırılması ilə bağlı əhəmiyyətli biliklər aşılanacaq.