30.11.2022

Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək

Qubadlı rayon B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.

Tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, törətdiyi fəsadlardan, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən bəhs edilib, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığı vurğulanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara tövsiyələr verilib.

 


Açar sözlər: ,