30.11.2022

I Beynəlxalq Ocaq kuboku uğrunda keçirilən yarışda bürünc medal qazanılıb

"Ocaq Sport" klubu ilk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq "Ocaq kuboku" təşkil edib. Milli Gimnastika arenasında keçirilən yarışda yerli və xarici klubların 2007-2016-cı il təvəllüdlü gimnastları mübarizə aparıblar.

Yarışda Qubadlı rayon Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbin V sinif şagirdi Mustafazadə Rəfiqə bədii gimnastika üzrə I Beynəlxalq Ocaq kuboku uğrunda keçirilən yarışda bürünc medala layiq görülüb.

Mustafazadə Rəfiqəni təbrik edir, uğurlar arzulayırıq.

 


Açar sözlər: ,