22.11.2022

Respublika fənn olimpiadalarına qeydiyyat

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesi davam edir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

-11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

-25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi;

-29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.

2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

 

Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları