10.11.2022

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil məktəbləri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək. Şagird sayı 150-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər yalnız müsahibə mərhələsində, şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər isə həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.

2022-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul (Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş), müsahibəyə dəvət olunmamış namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər.

Üstünlük veriləcək namizədlər:
- müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- 2022-ci ildə keçirilən direktorların işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balı toplamış namizədlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər tələb olunan sənədləri 10-14 noyabr 2022-ci il tarixlərində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə yaxınlaşmaqla və ya elektron qaydada https://forms.gle/yBYdHMYrC1CkmCu47 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqdim olunmuş sənədlərə əsasən namizədin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.

Qeyd edək ki, test imtahanından keçid balı 24-dür.
Müsahibə zamanı namizəd aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:
- vəzifə üzrə nəzəri biliklər;
- idarəetmə bacarıqları;
-şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizəd hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Müsahibədən keçid balı 3-dür.

Aşağıdakı keçiddən istifadə edərək Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:

https://bit.ly/3tgiqAE

 


Açar sözlər: ,