04.11.2022

Zəfər Günü ilə əlaqədar muzeyə ekskursiya

Zəfər Günü ilə əlaqədar Qubadlı rayon A. Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin III-IV, C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbinin IV sinif şagirdlərinin Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil edilib.

Muzeyin əməkdaşı tərəfindən şagirdlərə Şanlı qələbəmizdən, vətən oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Qubadlı rayonunun tarixi keçmişi və bu tarixi özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 


Açar sözlər: ,