Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqədə şagirdlərə iki mövzu təqdim edilib:
- "Zəfər yolu ilə Böyük Qayıdışa doğru";
- "Tariximizi dəyişən böyük qələbə".
Müsabiqənin rayon mərhələsində uğur qazanan şagirdlər 03 noyabr tarixində müsabiqənin region mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, tarixi qələbə barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir.