20.10.2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Aparatının ilk Həmkarlar təşkilatı yaradılıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Aparatının ilk Həmkarlar təşkilatının yaradılması, sədr və üzvlərin təyin edilməsi, həmçinin təftiş komissiyasının yaradılması məqsədi ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilati şöbənin müdiri Emin Rüstəmov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov və idarənin digər əməkdaşları iştirak ediblər.

Açıq səsvermə ilə keçirilən görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nərmin Musayeva aparatın ilk həmkarlar təşkilatının sədri seçilib.

Bundan başqa idarənin digər əməkdaşları müvafiq olaraq sədr müavini və üzv olaraq seçiliblər.