Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin məzunu, Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun anım tədbiri keçirilib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri iştirak ediblər.
Öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Sonda Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin şagirdləri öz ifalarında vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdiriblər.