08.10.2022

Məktəbli Ekokönüllü

08 oktyabr tarixində təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib olan Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nofəl Şirinovun "Məktəbli Ekokönüllü" layihəsinin təqdimatı olub.

Təqdimat mərasimi "Tullantıdan Sənətə" muzeyində baş tutub. Mərasimdə "Təmiz Şəhər" ASC,  Xəzər Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin müəllimləri, həmin məktəblər üzrə layihə kordinatorları, 5 məktəbdən 25-ə qədər "Məktəbli Ekokönüllü" iştirak edib.

Layihənin əsas məqsədi məktəblilər arasında "Ekokönüllü" şagirdlər yetişdirmək, bu fəaliyyətin bütün ölkəyə yayılmasını təmin etmək, şagirdlərin təbiətə münasibətini dəyişmək, yaradıcılıq imkanlarını genişləndirmək, innovativ bacarıqlarını inkişaf etdirmək, sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarıqlarına sahib vətəndaş yetişdirməkdir.

 


Açar sözlər: ,  ,  ,