07 oktyabr tarixində Laçın rayon 32 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri Bakı Ekspo Mərkəzində "Şuşa ili"nə həsr olunan, respublikamızda kitab sənayesinin və müasir ədəbi proseslərin inkişafına dəstək üçün mühüm platforma olan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Qeyd edək ki, sərginin ziyarətçiləri 5 gün boyunca 150-dən artıq yerli və xarici nəşriyyatların bütün janrlar üzrə təqdim etdiyi kitablarla tanış olmaq və yaxud satın almaq, tanınmış yazarların imza günlərinə və yeni nəşr olunan kitabların təqdimatına qatılmaq imkanı əldə edəcəklər.